O, bu məqsədlə ABŞ-dakı Azərbaycan səfirliyinə müraciət edib; cavab gözləyir O, bu məqsədlə ABŞ-dakı Azərbaycan səfirliyinə müraciət edib; cavab gözləyir

Mahmudəli Çöhrəqanlı Bakıya qayıdır – ÖZƏL

O, bu məqsədlə ABŞ-dakı Azərbaycan səfirliyinə müraciət edib; cavab gözləyir



"Yurdumuz Azərbaycana gəlmək ən ilkin istəklərimizdən biridir. Ümid edirəm ki, atamın üzünə bağlı olan qardaş qapıları tezliklə açılacaq. O zaman atamla birlikdə Bakımıza gələcəyik".

Bunu AzNews.az-a açıqlamasında hazırda Amerikada yaşayan Güney Azərbaycan Milli Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlının oğlu Alparslan Çöhrəqanlı bildirib.

Azərbaycana gəlməsi ilə bağlı sualı cavablandıran A.Çöhrəqanlı "Mənim üçün Azərbaycana giriş problemi olmamalıdır. Ancaq atamla birlikdə gəlməyi məsləhət görürük" deyə vurğulayıb.

Viza almaq üçün müraciət etdiklərini deyən A.Çöhrəqanlı hazırda ABŞ-dakı Azərbaycan səfirliyinə müraciətlərin cavabını gözlədiklərini bildirib:

"Ümid edirik ki, atamın girişi üçün də heç bir problem olmayacaq. Biz azərbaycanlıyıq, eyni millətin, düşmən əliylə bölünmüş vətənin insanlarıyıq. İqtidar partiyası ilə problemimiz yoxdur, Quzey Azərbaycanın daxili işlərinə ancaq Quzeydəki soydaşlarımız qərar verə bilər. Bu məsələlərə bizim müdaxilə etmək istəyimiz yoxdur. Mahmudəli Çöhrəqanlı bölgədə olmalıdır, ABŞ-da yox".

Elnarə Əlosmanqızı
AzNews.az