Haqqımızda | Reklam | Əlaqə


11.09.2013  20:34 

“Dəlicəsinə sevdiyim qadını məndən ayırmaq istəyirlər” – Murad Köhnəqla



A+  A-

Yazarların “hava məlumatları” – Axar.az-ın layihəsi



Murad Köhnəqala intihara hazırlaşır, Rəşad Məcid oğul toyu havasında...
Bu günlər havaların dəyişkən-buludlu olmasının səbəbini birbaşa mövsümlə əlaqələndirmək olar. Maraqlıdır, bəs bu aralar yazarlarımızın havası necə keçir?



Salam Sarvan:
Yaradıcılığımda elə bir yenilik olmur. Yəni ara-sıra olmaqla, ardıcıl olaraq şeir yazmaqdayam. İlin axırınadək təzə kitabım çıxmalıdır. Şəxsi həyat da ki, həmin maraqsız həyatdır. Səhər gəlirəm işə, axşam gedirəm. Bu qədər maraqsız və boz.


Zahir Əzəmət:
Son günlərdə yeni evə köçdük. Köçün məşəqqətini yeni evin rahatlığı ilə unutmaqdayam artıq. Yaradıcılıqda uzunmüddətli susqunluqdur. İşlərim isə böyüməkdə və inkişaf etməkdədir. Rəhbəri olduğum saytlarda bir çox yeni layihələrin təqdimatına hazırlaşırıq. Bunlardan ən maraqlısı ANN.az-ın nəzdində açılacaq milli musiqi portalıdır. Yeni qurduğumuz "Zero" nəşriyyatı da maraqlı kitabların nəşrini davam etdirir. Son işimiz Həmid Herisçinin "Portretlər" kitabı oldu. Kitab hələ satış şəbəkəsinə tam çatmasa da, artıq rezonans doğurub.


Şərif Ağayar:
Haruki Murakamini, Həmid Herisçini, Knut Hamsunu və Milan Kunderanı oxuyuram. Xahiş edirəm, gülməyin. Mən eyni vaxtda çoxlu kitab mütaliə edə bilirəm. Kunderanı təkrar oxuyuram. "Roman sənəti" əsərini. Ya bu kişi mənim sonuma çıxacaq, ya mən o kitabın... Öz yaradıcılığıma gəlincə, irihəcmli iki əsər üzərində işləyirəm. Birini xeyli yazmışam, o birinin hələ ki, ümumi konturları hazırdır. Mövzular barədə heç nə demirəm. Bircə anons verirəm: ikinci əsər yaxından tanıdığım bir eşcinsəl haqqında olacaq... Janrını roman kimi düşünmüşəm. Bir də cari yazılar... Bildiyiniz kimi... Şəxsi həyatımda elə bir yenilik yoxdur. Məktəblər açılır. Pula ehtiyacım var. Çoxu kimi... Uşaqlar gündə bir sifariş verir. “Yox” demək olmur. Bu, sevgi-məhəbbət söhbəti deyil ki, istəyəndə yaxanı kənara çəkə biləsən. İstərdim dərslər açılana qədər ölüm, sonra dirilim. Belə... Avara həyatdı də yaşayırıq... Hə, bir də onu deyim: içkini atdım. Düzdür, bu hadisə çox olub. Amma bu dəfə ciddiyəm. Əlimi vicdanımın üstünə qoyub əmin etdim. Bu qədər.


Aqşin Yenisey:
Vallah, evdarlığa qurşanmışam, soyuqların yolunu gözləyirəm. Yayda yalnız oxuya bilirəm, yazmaqla aram olmur. Xeyli qeydlərim var, payız ölkəmizə Rüstəm İbrahimbəyov kimi gəlsə, işilərim fırıq olacaq. Mənim yazmağım üçün üşüməyim lazımdı. Hələ ki, tər tökürəm başqa yazıçıları oxuya-oxuya.


Sevinc Pərvanə:
“Qanun” nəşriyyatında iki kitabım - biri roman, biri isə şeir kitabı (”Qadın olmasa”) çapa hazırlanır. Şəxsi həyatım, uşaqlarımın qayğıları, yaşadığımız kirayə evləri yoldaşımın işi ilə əlaqədar tez-tez dəyişəsi oluruq, uşaqların məktəblərini dəyişmək, yeni adamlara, yeni məkanlara adaptasiya olmaq və s. bildiyimiz əksər Azərbaycan ailələrinin yaşadığı problemlər...


Rəşad Məcid:
Bu gün oğlumun toyudu. Başım qarışıqdı.
Bəylə gəlinin toydan sonra prezidentin bağışladığı evə köçüb-köçməyəcəyini soruşuruq, deyir:
- Ev hələ təhvil verilməyib.


Murad Köhnəqala:
Deyim dəə: 10 gün olar, yemək yemədən turş meyvələrlə araq içirəm... Üzümü qırxmağa əlim qalxmır. Depressiyaya düşürəm, dəfələrlə intiharın müxtəlif variantları haqda düşünmüşəm. Ailəm başda olmaqla, bütün cəmiyyət üstümə gəlir. Dəlicəsinə sevdiyim qadını məndən ayırmaq istəyirlər. Müqavimət göstərməkdən ikimiz də havalanmaq dərəcəsinə çatmışıq. Mənim Lent.az saytında çap olunan şəkilli yazılarımı həmin sevdiyim xanım Şəlalə Göytürklə birlikdə hazırlayırıq. Lakin ailəmdə bizim bu birliyimizi şiddətli qısqanırlar və mənə, özləri üçün pul qazanmağa mane olurlar. Düşünürəm ki, mənim Şəlalə xanımla vəhdətim pozulsa, evə, uşağa pul apara bilməyəcəm. Çünki iş vərdişim onunla bağlıdır. Bu mənada uşaqlarımın anasının "ayrılmalısan!" tələbini yerinə yetirməli olsam, ümumilikdə 5 nəfər acından qırılacaq. Buyur, bu da bir Azərbaycan yazıçısının durumu!


Seymur Baycan:
Bu yaxınlarda çapa verəcəyim proza kitabımın redaktəsi ilə məşğulam. Şəxsi həyatımda yeni və maraqlı heç nə yoxdu. Monoton həyat yaşayıram. Budur, dünənki kimi oturmuşam şəhərdə, “Sirab” içirəm. Bir azdan çıxıb gedəcəm evə, vəssalam. Mövsüm dəyişikləri səhhətimə mənfi təsir edir. Hər dəfə yeni mövsümə bir aya ancaq adaptasiya oluram.
Gürcüstanın Marneuli rayonunun Təkəli kəndində Azərbaycan, Ermənistan və Gürcüstanın vətəndaş cəmiyyətinin nümayəndələrinin yenidən bir araya gələcəkləri görüşə dəvət almışam, gedib-getməyəcəyimi hələ dəqiqləşdirməmişəm.


Səlim Babullaoğlu:
Eyni vaxtda iki tərcümə əsəri üzərində işləyirəm: biri romandır, biri isə poeziya. İrihəcmli əsərlərdir. Hesab edirəm ki, ədəbi mühitimiz üçün hadisə olacaq.
Böyük silsilə ədəbi layihə üzərində işləyirəm. Yaxın aylarda mətbuat üçün açıqlama olacaq. Çox böyük layihələrdir.
Axır aylar heç nə yazmıram. Yəqin ona görə ki, yazmaq üçün bütün işləri kənara qoymaq, səssizlik lazımdır. Xaqaninin sözləri ilə desək,
“Dəftəri sükutun dizləri üzərinə qoyub yazmaq lazımdır”. Təəssüf, buna indi imkanım yoxdur. Uşaqlar məktəbə hazırlaşır.
Şəxsi həyatın ən önəmli hadisələri isə yəqin budur - onların yanında olmağı bacarmaq.


Qismət:
Universitetlərdə dərslər başlayır, buna görə də dərs proqramlarımı gözdən keçirirəm, sillabuslara baxıram, ədəbiyyat siyahımda redaktələr edirəm. Bunlar işin rəsmi tərəfidir, rəsmi olmayan və çox zövq aldığım hissəsi isə xırda alış-verişdir. Yeni rəngbərəng qələmlər, bloknotlar, markerlər almağı hədsiz sevirəm. Yaradıcılıqda vəziyyət belədir ki, esselər kitabım hazırdı, yaxın günlərdə çapa verməyi düşünürəm. Yarımçıq qalmış "Sənət cərəyanları" adlı bir kitabım var, onu bitirməyi düşünürəm. Roman üzərində işləyirəm, hələ ürəyim istəyən nəticəni almamışam. Bir neçə kitab var ki, ciddi şəkildə onları oxumağa başlamaq istəyirəm. Bəzi kitablar da var ki, onları tələbəlik illərində oxumuşam, yenidən oxumaq istəyirəm, amma təzədən o kitablara qayıtmaq qəribə şəkildə mənə çətin gəlir. Bir yolunu tapıb onları təzədən gözdən keçirməliyəm.

AzNews.az


Xəbər 2425 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.12.2014

“Çörəyimiz “Bu şəhərdə”dən çıxır” - Müşfiq Abbasov

19.12.2014

“Sevincdən qucaqlaşıb ağladıq” - Gülyaz Məmmədova

19.12.2014

Prezident təqaüdünə layiq görülən Ramiz Əzizbəyli: “Sağ olsunlar”

18.12.2014

“Ədəbiyyata, kitaba qarşı laqeyd münasibət var” – Nigar Köçərli

17.12.2014

“İsraildən gələndən sonra yaxşıyam” – Vaqif Səmədoğlu

16.12.2014

Tanınmış şair kəllə-beyin silkələnməsi ilə xəstəxanaya düşdü

16.12.2014

Azərbaycanlı bəstəkara şad xəbər – O, “Grammy” mükafatını ala bilər

16.12.2014

Aparıcı kitab yazdı - FOTOLAR

15.12.2014

Kamal Abdulla Umberto Eko ilə görüşdü – FOTO

15.12.2014

“...yadda qalan bir gecə olsun” - Ramiz Rövşən

15.12.2014

3 qəhrəmanın həyatı səhnələşdirildi – VİDEO

13.12.2014

25 milyon satılan kitab Azərbaycan dilində - FOTO

11.12.2014

Anarın imza günü olacaq - Açıqlama

11.12.2014

“Fəna” tamaşasının premyerası olacaq

10.12.2014

Dövlət xalq artisti Nuriyyə Əhmədovaya ev verəcək - Açıqlama

10.12.2014

“Nobel”i niyə ala bilmirik? - Anar və Seyran Səxavətin açıqlaması

08.12.2014

“Qarabağ-Diaspor,Soyqrım və Terror“ kitabı nəşr edildi

08.12.2014

Günəş Abbasova “Mən möcüzəyə inanıram” deyəcək

08.12.2014

Müşfüq Abbasov Rüstəm Behrudinin ittihamına cavab verdi

08.12.2014

Mənsum İbrahimov “Sarı gəlin”i Ankarada oxudu

19.12.2014  14:52 

Sabaha olan hava - Proqnozu

19.12.2014  11:00 

Brendimiz dünyada tanındı

19.12.2014  10:01 

Paulo Koelhodan maraqlı təklif

19.12.2014  09:03 

Azərbaycanda iki ev yandı

18.12.2014  23:55 

İŞİD-in üç lideri öldü

18.12.2014  22:54 

15 üsyançı öldü

18.12.2014  22:36 

Ermənilər ayağa qalxdı- FOTO

18.12.2014  21:49 

Liftdə qalan 3 nəfər xilas edildi

BÜTÜN XƏBƏRLƏR +