- Köhnə - Hadisə
- 1 Yanvar 2014 15:51
- 2 866
Sərxoş sürücü yol polisini öldürdü - QƏZA
İlk toqquşmadan sonra X.Orucovun yüksək sürətlə idarə etdiyi avtomobil biri polis maşını olmaqla, daha üç avtomobilə çırpılıb və YPX postunda xidmətdə olan polis əməkdaşı Polad Mehdiyevi vurub. Nəticədə yol polisi əməkdaşı Polad Mehdiyev və 10 RR 714 nömrə nişanlı "Mersedes"in sürücüsü Mirzə Təvəkkül oğlu Məmmədov dünyasını dəyişib. Sərxoş vəziyyətdə avtomobili idarə edən Xəyal Orucov və onun avtomobilində olan sərnişin Xalid Orucov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğu cinayət işi başlayıb.