ŞOK! Qəbələyə uçan təyyarədə stüardessanı bıçaqladılar


Moskva - Qəbələ reysi ilə üçan sərnişin təyyarəsi təcili eniş etməli olub. Anspress-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb. Bildirilir ki, təyyarə sərnişinlə stüardessa arasında çıxan insident səbəbindən Həştərxana yerə enmək məcburiyyətində qalıb.

Hadisə ötən gecə baş verib. Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, 1963-cü il təvəllüdlü sərnişin stüardessanı bıçaqlayıb. Təyyarə yerə endikdən sonra həmin şəxs saxlanılıb.

Sərxoş sərnişinə 10 günlük həbs cəzas verilib. Həmin şərnişinin kimliyi isə açıqlanmayıb.