Son günlər H.O.G (Harley-Davidson) Klubunun üzvləri tez-tez gündəmə gəlir. Təbii ki, onlar öz fəaliyyətləri və motoyürüşləri ilə yanaşı şəxsi həyatları ilə də dəfələrlə media səhifələrinə çıxıblar. Son günlər H.O.G (Harley-Davidson) Klubunun üzvləri tez-tez gündəmə gəlir. Təbii ki, onlar öz fəaliyyətləri və motoyürüşləri ilə yanaşı şəxsi həyatları ilə də dəfələrlə media səhifələrinə çıxıblar.

Məşhur H.O.G klubunun məmur üzvləri - FOTOLAR

Son günlər H.O.G (Harley-Davidson) Klubunun üzvləri tez-tez gündəmə gəlir. Təbii ki, onlar öz fəaliyyətləri və motoyürüşləri ilə yanaşı şəxsi həyatları ilə də dəfələrlə media səhifələrinə çıxıblar.

Sözsüz ki, bu da onların vəzifəsindən və cəmiyyətdə nüfuz sahibi olmalarından irəli gəlir. Motosiklet həvəskarları arasında deputatdan tutmuş, biznesmenə kimi var.

AzNews.az oxucular üçün maraqlı olacağını nəzərə alaraq tanınmış H.O.G-çuları təqdim edir.

Hazırda Azərbaycan Beynəlxalq Bankın İslam Bankçılığı departamentin direktoru vəzifəsində çalışan Bəhnam Qurbanzadə 1 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 160 N-li məktəbi bitirərkən 1995-ci ildə Q.V. Plexanov adına Rusiyanın İqtisadi Akademiyasını daxil olub.

1996-1997 illərdə Rusiyə Təhsillik Nazirliyi tərəfindən keçirilən " Tələbələrin xarici ölkələrdə təhsil olunması " proqramında qalib gələrək Böyük Britaniyanın Kembric şəhərin Anglia Ruskin universitetində bir il oxuyub və təhsilin davam etdirmək məqsədilə Rusiyaya qayıdıb.

2000-ci ildə Q.V. Plexanov adına Rusiyanın İqtisadi Akademiyası Beynəlxalq İqtisadi Əlaqələri fakültəsini bitirib və LUKoil neft şirkətində işə qəbul olub.

Heç kimə sirr deyil ki, ANS şirkətlər qrupu MMC-nin prezidenti Vahid Mustafayev də dəmir at həvəskarlarındandır. 22 yaşında Qafqazda ilk müstəqil televiziya təsis edən MMC prezidenti H.O.G-çudur.

Həmin televiziya bu gün Azərbaycanı əhatə edən Media Holdinqə çevrilib. ANS Şirkətlər Qrupuna - Milli yayımda olan Televiziya (ANS TV), Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan FM Radio Stansiya (ANS ÇM), tərkibində Mətbəə və Xəbər İnformasiya Portalı olan Nəşriyyat Evi (ANS PRESS), Sənədli və Bədii Filmlər istehsal edən Kinostudia (BakiFilm) və s. daxildir.

Kino Rejissor və Ssenaristdir – 1992-ci ildən bir sıra Sənədli Film, Serial və Bədii Filmlərin müəllifidir. Bir sıra Beynəlxalq Festivalların və Müsabiqələrin laureatıdır. Xocalı hadisələrinə həsr olunmuş sonuncu "Xoca" Bədii Filmi, bir neçə Avropa ölkələrinin ekranlarında nümayiş olunub. V.Mustafayev MMC rəhbərindən əıavə həm də idmançıdır, peşəkar Muay Tay döyüş növü üzrə Avropa və Dünya Çempionatlarında iştirak edib və qələbələr qazanıb. O, həm də Baku H.O.G-un direktoru kimi tanınır.

Adını H.O.G-çu siyahısına yazdıranlardan biri də Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun kadrıdır. Fövqəladə hallar Nazirliyi – Xəzər hövzəsində qəza və xilasetmə servisinin Beynəlxalq münasibətlər və marketinq şöbəsinin direktor müavini vəzifəsində çalışan Fuad Bağırov motosikletlərə həvəsinin uşaqlıqdan yarandığıni söyləyir. İlk motosikleti Mins olub – 13 yaşında. Daha sonra, iki il Suzuki GSR 750 idarə edib. Və sonunda, 2014 – cü ildən Harley Davidson V-Rod sahibidir.

Hazırda Ankara Universitetində PHD oxuyan Elxan Vəliyev tələbə olmaqla yanaşı həm də dövlət işində çalışır. O, 2002- ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin magistr təhsili alıb.

Eldar Xəlilovu da (El arasında Eldar Şax) Klubun məşhur simalarından saymaq olar. Belə ki, o, Azərbaycanın görkəmli ictimai, siyasi və elm xadimi, Akademik Şahvələd Xəliovun oğludur. Dəcəlliyindən, hər zaman bir məktəbdən o biri məktəbə köçürülüb. 10 il ərzində 5 məktəb dəyişib. 160, 134, 41, 49 və Naxçıvanski adına məktəblərdə təhsil alıb. "Alma Store" şirkətinin sahibi (CEO).

Baş nazirin sabiq 1-ci müavininin Milli Məclisin üzvü olan övladı Aydın Abbasovu da Klubun tanınmış simaları arasında görmək olar.

Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən A.Abbasov hazırda Milli Məclisin üzvüdür. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü A.Abbasov da motosiklet həvəskarıdır. 2013 – cü il tarixindən Baku HOG Azərbaycanın üzvüdür.

Onu da deyək ki, HOG Azərbaycanın bir nəfər xanım üzvü də var. Nərminə Rufat qızı Həsənova Azərbaycan Tibb Universitetini bitirib, həkim-nevropatoloq ixtisası üzrə. 1999-cu ildə ixtisasını həkim-kosmetoloqa dəyişib. Hal-hazırda OSV klinikasında çalışır.









Gültəkin ƏLƏSGƏR
AzNews.az