Poroşenko geri addım atdı

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərində rus və ya istənilən başqa dildən istifadə hüququ verən təkliflə çıxış edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazır.

Xəbərə görə, prezideentin təklifi ilə bağlı qanun layihəsi hazırlanıb və parlamentə göndərilib.

Qanun layihəsində nəzərdə tutulub ki, Donetsk və Luqanskda yaşayan əhali ictimai həyatda rus və ya istənilən başqa dildən azad istifadə edə bilər.

Bundan başqa prezidentin təklifində o da nəzərdə tutlub ki, rusiyameyilli döyüşçülərə amnistiya verilsin.

AzNews.az