16 yaşlı oğlan su kanalında batdı

Şirvan şəhər ərazisində su kanalında (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) 1998-ci il təvəllüdlü İbadov Bəhruz Hüseyn oğlu çimərkən batıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

B.İbadovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:05-da başa çatıb.

AzNews.az