Ağcabədidəki faciədə ölənlərin sayı artır- Fotolar

Ötən gecə Ağcabədi rayonunda baş verən dəhşətli yol qəzasında yaralananlardan daha iki nəfəri dünyasını dəyişib.


"Qafqazinfo" xəbər verir ki, rayonun mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasovun verdiyi məlumata görə, ötən gecə Qaravəlli kəndindəki zəncirvari qəzada ata-bala da vəfat edib.

Aparılan tibbi yardımlara baxmayaraq "Daevo Nexia" maşınında sərnişin qismində olan 35 yaşlı Kənan Əliyev Vaqif oğlu və onun 7 yaşlı qızı Fərqanə Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Bununla da baş verən ağır yol qəzasında ölənlərin sayı 6 nəfərə çatıb. Daha 4 nəfər isə yaralıdır.

Qeyd edək ki, hadisə Yevlax – Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Qəza zamanı "Mercedes", "BMW" və "Daevo Nexia" markalı maşınlar toqquşub.

AzNews.az
image description image description image description image description image description