Miqrantları daşıyan gəmi batdı- 500 ölü

Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Qəza nəticəsində 500 miqrantın öldüyü bildirilir, 11 nəfər isə xilas ola bilib.

Sağ qalanların dediyinə görə, 500 nəfərdən çox adamın olduğu gəmi sentyabrın 6-da Misirin Dumyat şəhərinin limanından çıxıb. Suriya, Misir, Sudan və Fələstindən olan miqrantlar avropaya getmək istəyiblər.

Beynəlxalq Miqrasiya təşkilatı gəminin batma səbəbini açıqlayıb. Açıqlamaya görə, Malta sahillərində piratlar gəmiyə hücum ediblər. Onlar miqrantları gəmini tərk etməyə çağırıb. Miqrantlar isə bundan imtina ediblər. Belə olan təqdirdə piratlar miqrantlarla dolu olan gəmini deşiblər və gəmi batıb.

Sağ qalanlar hazırda Siciliyadadır. İtaliya polisi gəmi qəzası haqqında araşdırmaya başlayıb.

AzNews.az