Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakıda maşınla vurulan piyada ağır yaralandı

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.



Qəza rayonun Azadlıq prospektindən üzü şəhər istiqamətində gedən yolunda qeydə alınıb. Hadisə zamanı "Renault" markalı avtomobilin sürücüsü Arif Əliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə 1978-ci il təvəllüdlü Əsgərov Ayaz İzzət oğlunu vurub.

Hadisə şahidləri yaralıya ilkin tibbi yardım göstərməyə çalışıblar.

Daha sonra əraziyə təcili yardım çağırılıb və yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan Ayaz Əsgərov həyatı xilas edilsə də vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən sürücü Arif Əliyevin sözlərinə görə, piyada qəfil onun yoluna çıxıb. Üstəlik o 10 metr irəlidəki piyada keçidindən istifadə etməyib.

Hadisədən sonra əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Sürücü Arif Əliyev izahatının alınması üçün idarəyə aparılıb.

Faktla bağlı təyin olunacaq ekspertizaların rəyi məlum olandan sonra hadisənin baş vermə səbəblərinə aydınlıq gətiriləcək.


AzNews.az