Hollandiya mediası Ermənistanın gerçək vəziyyətini ortaya qoyub. Bu günlərdə Niderlandın nüfuzu “Volkskrant” qəzetində Niderlandda sığınacaq istəyən ermənilərin acınacaqlı durumu barədə geniş yazı gedib. Hollandiya mediası Ermənistanın gerçək vəziyyətini ortaya qoyub. Bu günlərdə Niderlandın nüfuzu “Volkskrant” qəzetində Niderlandda sığınacaq istəyən ermənilərin acınacaqlı durumu barədə geniş yazı gedib.

“20 – dən artıq erməni özünü öldürməyi planlaşdırır” - Bələdiyyə sədri

Hollandiya mediası Ermənistanın gerçək vəziyyətini ortaya qoyub. Bu günlərdə Niderlandın nüfuzu “Volkskrant” qəzetində Niderlandda sığınacaq istəyən ermənilərin acınacaqlı durumu barədə geniş yazı gedib.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov verib.

Yazıda əsas diqqət Niderlandın Den Boş (Den Bosch) bələdiyyə başçısının Niderlandın Ədliyyə və Səhiyyə nazirlərinə yazdığı məktubdan söhbət açılıb, Ermənistandakı iqtisadi və siyasi durumun olduqca acınacaqlı durumda olduğu qeyd olunub. Yazıda həmçinin psixoloqların fikirlərinə də xüsusi yer ayrılıb. Bələdiyyə başçısı xüsusi qeyd edib ki, Ermənistandakı acınacaqlı durumla bağlı insanlar ora qayıtmaq istəmir və geri qayıtmamaq üçün hər şey edirlər. Neçə erməni özünü öldürüb "Məndə olan məlumata görə, tək bizim bələdiyyədə 20 – dən artıq erməni özünü öldürməyi planlaşdırır. Mən burda on səkkiz ildir ki, bələdiyyə başçısıyam, heç vaxt belə şey görməmişəm və demək bunların bir səbəbi var" – deyə bələdiyyə başçısı nazirlərə ünvanladığı müraciətdə qeyd edib.

"Aidiyyəti vəzifəli şəxslər, o cümlədən psixoloqlar Yeravandakı Nork adlı ruhi xəstələr üçün olan xəstəxanının durumu ilə də maraqlanıblar ki, böyük ehtimalla burda məqsəd psixi problemi olan ermənilərin orda müalicə olunma ehtimalını araşdırmaq olub. Bir nəfər adını çəkilməyən şəxs, hansıki Niderlandda status alıb danışıb ki, onun bir qonşusu Azərbaycana qarşı vuruşub və müharibədən gələndə ağır psixoloji travma alıb. Müalicə məqsədi ilə Norka aparıblar və nəticədə o bir neçə ildən sonra geri dönəndə danışa bilmirmiş, bir zombiyə çevrilib. Daha sonra yazıda bu ilin birinci rübündə 1115 ermıninin qaçqınlar yerinə müraciət etdiyi qeyd olunub. Başqa bir psixoloq isə bildirib ki, geri göndərilən ermənilərlə Ermənistan polisi köhnə KQB variantı ilə davranır. Yazıda əsasən Niderlandda status ala bilməyən ermənilərin geri göndərilməsinin, Ermənistandakı hazırkı ağır iqtisadi və siyasi duruma görə, mümkünsüzlüyünə diqqət çəkilib",-deyə V.Abbasov bildirib.

Elnur Eltürk


AzNews.az