Gürcüstan paytaxtında bazar yanıb. Gürcüstan paytaxtında bazar yanıb.

Tiflisdə bazar yandı

Gürcüstan paytaxtında bazar yanıb.


APA - nın Gürcüstan bürosunun məlumatına görə, yanğın səhər saatlarında baş verib.

Tiflis Fövqəladə Hallar Departamentinin rəhbəri Temur Georqadze APA - ya açıqlamasında bildirib ki, mərkəzi vağzala yaxın ərazidə yerləşən "Qaraçı bazarı"nda 2,5 min kv. m-lik sahə yanıb.

"Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb, ona hadisə yerində tibbi yardım göstərilib. Hadisə nəticəsində bazarda ticarətlə məşğul olan şəxslərə böyük miqdarda ziyan dəyib", - deyə o vurğulayıb.

T. Georqadzenin sözlərinə görə, bazarda müxtəlif millətlərin nümayəndələri, o cümlədən azərbaycanlılar ticarətlə məşğul olurlar.

Artıq yanğının söndürüldüyü bildirilir.


AzNews.az