Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “ZaminBank” ASC-nin Cənub filialının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “ZaminBank” ASC-nin Cənub filialının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Zaminbank”ın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “ZaminBank” ASC-nin Cənub filialının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə sentyabrın 18-nə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, istintaq zamanı filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan, M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın 41 300 manatının ödətdirilməsi təmin edilib.


AzNews.az