Bu gün Nərimanov Rayon Məhkəməsində “Space” televiziyasının “Etiraf” verilişinin aparıcısı, dələduzluğa görə həbs edilən İlham Mirzəyevlə Bu gün Nərimanov Rayon Məhkəməsində “Space” televiziyasının “Etiraf” verilişinin aparıcısı, dələduzluğa görə həbs edilən İlham Mirzəyevlə

İlham Mirzəyev jurnalistləri niyə görmək istəmir? – Vəkilindən açıqlama

Bu gün Nərimanov Rayon Məhkəməsində “Space” televiziyasının “Etiraf” verilişinin aparıcısı, dələduzluğa görə həbs edilən İlham Mirzəyevlə

bağlı məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Proses hakim Məzahir Sadıqovun sədrliyi ilə davam edib.
Qeyd edək ki, İ.Mirzəyevin vəkili iclasda vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini tələb edib. Səbəb kimi isə ailə sirri olan məqamların jurnalistlər tərəfindən mətbuata çıxarılması göstərilib. İ.Mirzəyev və zərərçəkənlər də bu vəsatətin təmin olunmasını istəyib.

İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə AzNews.az-a açıqlamasında aparıcının mətbuata münasibətini belə izah edib: "İlham Mirzəyevin jurnalistlərə böyük hörməti var. Bəzi mətbuat orqanlarında lazım olmayan fikirlər səsləndirilir. Məhkəməyə aid olan sənədlər, yəni ittiham aktı qanunsuz yolla əldə edilib. Hansı ki, bu, istintaq sirridir. Orada müəyyən zərərçəkən insanların adları hallanır, onların ailə sirri var. Bu mətbuata çıxarıla bilməz. Onu nəzərə alıb deyirik ki, məhkəmə iclası qapalı keçirilsin. İlham Mirzəyev heç bir jurnalistin əleyhinə deyil. İlham bu ittiham aktını yayımlayan mətbu orqanın əməkdaşını içəridə görmək istəmədi. Bu da təbiidir.

Vəkil bir müddət əvvəl İ.Mirzəyevin azadlığa buraxıla biləcəyilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu, mümkün deyil: "Xeyir. Mən bunu haradan deyə bilərəm axı? Bu, məhkəmənin səlahiyyətindədir. Məhkəmə istintaqı var. Yekun sözü vəkil deyil, məhkəmə deyəcək".

Qeyd edək ki, məhkəmə prosesi sentyabrın 30-u saat 11-ə təxirə salınıb.

Bahar Rüstəmli