Krım Tatarlarının Milli Məclisinə (KTMM) Rusiya xüsusi xidmət orqanları (FSB) hücum edib. Krım Tatarlarının Milli Məclisinə (KTMM) Rusiya xüsusi xidmət orqanları (FSB) hücum edib.

Krımda Milli Məclisə silahlı hücum

Krım Tatarlarının Milli Məclisinə (KTMM) Rusiya xüsusi xidmət orqanları (FSB) hücum edib.



Avropa.info-nun verdiyi xəbər görə, yüzlərlə əli silahlı FSB təyinatlısı (KTMM) hücum edərək, binada axtarışlar aparıb.

Binanın çölündə isə həbsxana maşını gözləyib. Silahlılar binanı mühasirəyə alaraq əraziyə giriş və çıxışı məhdudlaşdırıb. Yol polisi isə əraziyə maşınların girişinə qadağa qoyub.

Binada olan "Advet" Krım qəzetinin ofisində də axtarışlar aparılıb.

Ruslar KTMM-nin üzvü İsgəndər Barıyevin evinə də hücum ediblər. Bariyev FSB təyinatlılarının səhər saatlarında onun evində axtarış apardığını, evində olan kitab və kompüterlərin müsadirə olunduğunu deyib.

Qeyd edək ki, KTMM-si Krımın müstəqilliyinə dair keçirilən referendumu boykot etmiş, Krımda rusların keçirdiyi son seçkilərin nəticələrini tanımadığını elan etmişdi.


AzNews.az