Sabahdan Bakının giriş yollarında hərəkət qismən məhdudlaşdırılacaq. Sabahdan Bakının giriş yollarında hərəkət qismən məhdudlaşdırılacaq.

Bakının cənub girişində hərəkət məhdudlaşdırılacaq

Sabahdan Bakının giriş yollarında hərəkət qismən məhdudlaşdırılacaq.



Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, sentyabrın 16-sı saat 22:00-dan etibarən Bakıda Azneft meydanından Dövlət Bayrağı meydanınadək, sentyabrın 17-si saat 09:30-dan etibarən Lökbatan dairəsindən Ələt qəsəbəsinədək, sentyabrın 17-si saat 22:00-dan isə Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissələrdə yolda üfüqi nişanlama (xətləmə) işləri aparılacaq.

Bununla əlaqədar adıçəkilən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.


AzNews.az