ABŞ Prezidenti Barak Obama və Belçikanın baş naziri Elio Di Rupo Braziliyada futbol üzrə dünya çempionatı zamanı bu iki ölkənin yığma komandaları arasında oyunun nəticəsi barədə mərc gəliblər. ABŞ Prezidenti Barak Obama və Belçikanın baş naziri Elio Di Rupo Braziliyada futbol üzrə dünya çempionatı zamanı bu iki ölkənin yığma komandaları arasında oyunun nəticəsi barədə mərc gəliblər.

Obama uduzduğu pivəni baş nazirə göndərdi

ABŞ Prezidenti Barak Obama və Belçikanın baş naziri Elio Di Rupo Braziliyada futbol üzrə dünya çempionatı zamanı bu iki ölkənin yığma komandaları arasında oyunun nəticəsi barədə mərc gəliblər.



AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Obama uduzduğu üçün mərcin şərtinə əsasən Elio Di Rupoya iki yeşik Amerika pivəsi verməli olub. Belçika və ABŞ yığma komandalarının oyunu ərəfəsində Belçikanın baş naziri "Twitter" sosial şəbəkəsində Prezident Obamaya uduzan tərəfin iki yeşik pivə verməsini təklif edib. İyunun 27-də keçirilən matç "qırmızı şeytanlar" adlandırılan Belçika yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

ABŞ-ın Belçikadakı səfirliyi elan edib ki, B.Obama tərəfindən Brüsselə baş nazir Di Rupaya iki yeşik "Semuel Adams" pivəsi çatdırılıb. Belçika baş naziri də bu xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu Obamanın idman mərclərində uduzduğu ilk pivə yeşikləri deyil. Bundan əvvəl - Soçidə keçirilən Olimpiada zamanı Obama Kanadanın baş naziri Stiven Harperlə mərc gəlmişdi ki, amerikalı kişi və qadın xokkeyçilərin kanadalı həmkarlarına qalib gələcəklər. Amma ABŞ Prezidenti həmin mərci də uduzmuşdu.


AzNews.az
image description image description