Uzun müddətdir ki, danışılan Böyük Bakının Regional İnkişaf Planı iki aya hökumətə təqdim olunacaq. Uzun müddətdir ki, danışılan Böyük Bakının Regional İnkişaf Planı iki aya hökumətə təqdim olunacaq.

Bakının Baş Planına Ziya Məmmədov rəy vermədi – Gecikmənin səbəbi

Uzun müddətdir ki, danışılan Böyük Bakının Regional İnkişaf Planı iki aya hökumətə təqdim olunacaq.

Planın Nazirlər Kabinetinə təqdim olunması üçün yalnız Nəqliyyat Nazirliyi rəy verməyib.

Bu barədə AzNews.az-a Böyük Bakının Regional İnkişaf Planı layihəsinin icra qrupunun direktor müavini Amin Məmmədov məlumat verib. O, bildirib ki, 2030-cu ilə kimi Böyük Bakının Regional İnkişaf Planı icra olunub bitəcək. Bir sözlə, Bakının bütün görünüşü dəyişəcək:
"May ayının 15-də Böyük Bakının Regional İnkişaf Planı ilə bağlı geniş müzakirə olundu. Planda heç bir yerin söküntüsü yoxdur. Sadəcə orada filan ərazidə hündürmərtəbəli binanın tikintisinin aparılması ilə bağlı təkliflər irəli sürülüb. Bunula yanaşı bu kimi başqa təkliflər də verilir. Amma Nazirlər Kabineti bu təklifləri təsdiq etməyə bilər".

Hazırda Baş Planla bağlı müvafiq qurumlardan rəylər alınır. A.Məmmədovun sözlərinə görə, aidiyyəti nazirliklərə, dövlət qurumlarına, böyük təsərrüfat subyektlərinə baş planın konsepsiyası haqqında sənədlər göndərilib və onlardan təkliflər yığılır.

"Yalnız Nəqliyyat Nazirliyinin rəy göndərməyi qalıb. Digər nazirliklər öz rəylərini bildiriblər. Nəqliyyat Nazirliyinin də rəyi alındıqdan sonra oktyabr və ya noyabr ayında təqdim olunacaq. Yəni bütün rəylər yığılmasa, Nazirlər Kabineti də layihəyə baxmayacaq".

Amin Məmmədov onu da bildirdi ki, Böyük Bakının Regional İnkişaf Planı 2015-ci ilin əvvəli və ya ortalarında təsdiq olunması gözlənilir.

Gültəkin ƏLƏSGƏR