Almaniya Bundestaqının üzvləri Azərbaycana gəlir

Almaniya Bundestaqının üzvləri Azərbaycana səfər edəcəklər.


AzNews.az xəbər verir ki,Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Alman Bundestaqının iqtisadi əməkdaşlıq üzrə komissiyasının sədri, Bundestaqın deputatı xanım Daqmar Vöhrl Slavyan Universitetinin litseyində alman dilini öyrənən 97 nəfər 5-ci sinif şagirdləri ilə görüşəcək, onlara məktəb bağlamaları təqdim edəcəkdir.

Səfirlikdən bildirilib ki, xanım Vöhrlə birlikdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri, Bundestaqın deputatı Dr. Peter Ramsauer də Azərbaycana gəlir.

Deputatlar Alman-Azərbaycan iqtisadi və inkişaf naminə əməkdaşlıq, energetika sektoru, Azərbaycanda alman şirkətlərinin fəaliyyəti, habelə təhsil sahəsində əməkdaşlıq haqqında məlumat əldə edirlər.

Səfər proqramına Gəncə şəhərində alman bankı KfW tərəfindən maliyyələşdirilən içməli su təminatı üçün qurğunun açılışı (layihənin birinci hissəsi), Göygöldə keçmiş alman məskənləri, habelə sənaye mərkəzi olan Sumqayıta səfərlərlə yanaşı, Azərbaycan Respublikasının bir çox hökumət üzvləri, habelə Milli Məclisin nümayəndələri ilə danışıqlar daxildir.

Bundan başqa, deputatlar alman mədəniyyət mərkəzi olan "Kapellhaus"a dil mərkəzinə də baş çəkəcək, müəllim və şagirdlərlə görüşəcəklər.

AzNews.az