Bu gün Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası öz işinə başlayıb. Bu gün Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası öz işinə başlayıb.

MDB ölkələrinin nümayəndələri Naxçıvanda

Bu gün Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası öz işinə başlayıb.

Bu gün Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası öz işinə başlayıb.

AzNews.az-ın FHN-in saytına istinadən məlumatına görə, tədbir iştirakçıları olan Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova və Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək buradakı çoxsaylı eksponatlarla, ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş qiymətli rəsm əsərləri, stendlərlə tanış olublar.

"Duzdağ" hotelində öz işinə başlayan MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclasını giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamil Abdullayev qonaqları salamladıqdan sonra Naxçıvan Muxtar Respublikasının ərazisi, əhalisi, təbii sərvətləri, muxtariyyətin yaranma tarixi, Naxçıvanın muxtariyyət statusu barədə ətraflı məlumat verib.

Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev ulu öndər Heydər Əliyevin "Fövqalədə hadisələrin qarşısının alınması, onun nəticələrinin aradan qaldırılmasından daha asandır" kəlamını xatırladaraq bildirib ki, müasir şəraitdə ehtimal olunan texnogen qəzaların peşəkar proqnozlaşdırılması və qarşısının alınması böyük əhəmiyyət kəsb edir. Buna görə də MDB ölkələri arasında bu məsələlərlə bağlı sıx əməkdaşlığın davam etdirilməsi, təcrübə mübadiləsinin aparılması bir sıra məsələlərin həllində mühüm rol oynayacaq.

O.Hacıyev qeyd edib ki, Naxçıvanda keçirilən MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclasının əsas məqsədi üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.

Tədbirdə Azərbaycanda sənayedə təhlükəsizliyin təmin edilməsi barədə hazırlanmış videoçarx nümayiş olunub.

MDB İcraiyyə Komitəsinin təhlükəsizlik sahəsində əməkdaşlıq, yeni çağırış və təhdidlərə müqavimət departamentinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq şöbəsinin müşaviri Serqey Mixnoveç MDB-nin icraçı katibi Sergey Lebedevin iclas iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.

Sonra MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik Şurasına sədrliyin Belarusdan Azərbaycana keçdiyi elan edilib.

Sentyabrın 16-da baş tutan iclasda tərəflər iştirakçı dövlətlərin qanunvericiliyindəki dəyişikliklərin və son bir ildə bu istiqamətdə göstərilən fəaliyyətin nəticələrini, neft qaz sahəsinin mürəkkəb və təhlükəli istehsalat obyektlərində nəzarət-profilaktika yoxlamaları aparılması təcrübəsi barədə müzakirələr aparıblar.

Həmin gün qonaqlar Naxçıvan şəhərinin tarixi-memarlıq abidələri, Naxçıvan Dövlət Xalça Muzeyi, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi, "Naxçıvanqala" Dövlət Tarix-Memarlıq Kompleksi və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası ilə tanış olublar.

AzNews.az