Bakıda silsilə oğurluq hadisələri törədən şəxslər tutulub. Bakıda silsilə oğurluq hadisələri törədən şəxslər tutulub.

Bakıda silsilə oğurluqlar edən iki qardaş tutulub

Bakıda silsilə oğurluq hadisələri törədən şəxslər tutulub.



Bakı Şəhər Baş Polis İdarəsinin APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin, Post Patrul Xidməti Bölüyünün və 1-ci Polis Bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Ceyhun Şamilov, Tərlan Hüseynov, Nicat Kərimov və qardaşı Ağabala tutulublar. Məlum olub ki, onlar avqustun 14-də N. Hüseynov küçəsində yerləşən, Əhməd Abbasova məxsus lombarddan pul oğurlasalar da, həmin gün eyni məqsədlə daxil olduqları, Zirə qəsəbəsində yerləşən 120 saylı Poçt filialında istədiklərinə nail olmayıblar. Bundan başqa araşdırmalar zamanı məlum olub ki, yaxalanan şəxslər iyulun 25-nə keçən gecə Zirə qəsəbəsində yerləşən, Vüsal Məmmədliyə məxsus aptekdən, avqustun 4-də Rəfael Əliyevə və sentyabrın 6-da Mais Məmmədova məxsus mağazalardan pul oğurlayıblar.


AzNews.az