İstanbulun ardınca Bakıda da “Hilton” oteli həyacanı yaşanıb. İstanbulun ardınca Bakıda da “Hilton” oteli həyacanı yaşanıb.

“Hilton“ otelində bomba həyəcanı - Bakı

İstanbulun ardınca Bakıda da “Hilton” oteli həyacanı yaşanıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda yerləşən "Hilton Baku" otelinin 4-cü mərtəbəsində partlayıcı qurğu olması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçirib. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib.

Əməliyyat saat 03:28-də başa çatıb.

Xatırladaq ki, iki gün öncə, sentyabrın 15-də İstanbuldakı "Hilton" otelində yanğın baş vermişdi.


AzNews.az