İribuynuzlu heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyinin yayılması Qurban bayramı ərəfəsində və bayramdan sonra qiymət artımına səbəb olacaq. İribuynuzlu heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyinin yayılması Qurban bayramı ərəfəsində və bayramdan sonra qiymət artımına səbəb olacaq.

“Azərbaycanda bahalaşma qaçılmazdır” – Ekspert

İribuynuzlu heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyinin yayılması Qurban bayramı ərəfəsində və bayramdan sonra qiymət artımına səbəb olacaq.


Bu barədə AzNews.az-a İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov məlumat verib. Əsasən diri heyvanların qiymətində bahalaşmanın olacağını proqnozlaşdıran V.Məhərrəmovun sözlərinə görə, qiymət bahalaşması tam əsaslı olacaq.


"Qiymət artımı qaçılmazdır. Bu, heç də səbəbsiz deyil. Çünki iribuynuzlu heyvanlar arasında "Nodulyar dermatit" xəstəliyi yayılıb ki, bu da bazara çıxarılan heyvanların sayında özünü göstərəcək. Düzdür, Gürcüstandan Azərbaycanda iribuynuzlu mal-qaranın ixracı artsa da ümumilikdə ehtiyac çox olduğundan bu da kifayət etməyəcək. Çünki Rusiyanın Avropa ölkələrindən gətirilən məhsullara enbarqo qoyduğundan Rusiyanın kənd təsərrüfatı məhsullarına tələbatı artıb. Bu da sözsüz ki, bu da regionda ət məhsullarına təsir edəcək".

Mövsümlə əlaqədar olaraq ətə olan tələbatın artması bazardakı qiymətlərə təsir göstərəcək. V.Məhərrəmovun sözlərinə görə, Qurban bayramı üçün gətirilən heyvanların qiymətində də ötən ilkinə nisbətən qiymət artımı müşahidə olunacaq.

"Əlbəttə hökumət çalışacaq ki, hər hansı formada qiymət artımının qarşısını alsın. Lakin düşünmürəm ki, bunu həyata keçirmək mümkün olsun. Çünki bu il yem tədarükünün azlığı və yemin qiymətinin baha olması heyvandarlıq məhsullarının maya dəyərini artırıb. Bütün bu faktorlar da əsas verir ki, heyvandarlıqla məşğul olan sahibkarlar qiymətləri artırsın. Bundan başqa keçən ilin sonunda dizel yanacağının və benzinin artması fermerlərin xərcini və məhsulun maya dəyərini artırdı. Bu da öz növbəsində satış qiymətinə təsir göstərəcək" - deyə Vahid Məhərrəmov bildirib.

Gültəkin ƏLƏSGƏR