Hicaba etiraz edən iranlı qızlar sosial şəbəkələrdə səhifə açıblar. Hicaba etiraz edən iranlı qızlar sosial şəbəkələrdə səhifə açıblar.

İranlı qızlar hicabı zibil qutusuna atdı

Hicaba etiraz edən iranlı qızlar sosial şəbəkələrdə səhifə açıblar.



Axar.az xəbər verir ki, iranlı qızlar bu məqsədlə Feysbukda açdıqları "My Stealthy Freedom" (Mənim şəxsi azadlığım) adlı səhifədə özlərinin baş örtüksüz fotolarını paylaşırlar. Çoxlu sayda üzvü olan səhifəni bəyənənlər və qızlara dəstək olanlar da var. Paylaşılan fotolarda qızlar xüsusi mesajlar da verir. Onlar qeyd edir:

"Mənim öz geyimimi seçmək azadlığım var. Ancaq hicab mənim seçimim deyil".

Fotolardan da görünür ki, qızlar etiraz məqsədilə hicablarını zibil qutusuna atırlar. Bəzi fotolarda xanımlar üzlərini gizlətsə də, bir çox iranlı qız daha cəsarətli olaraq üzünü də göstərir.


AzNews.az
image description image description image description image description image description