Masallı rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Masallı rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib.

Masallıda yaşayış evində güclü yanğın olub

Masallı rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib.



AzNews.az-ın FHN-in saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də rayonun Qızılavar kənd sakini, 1936-cı il təvəllüdlü Həsənağa İzzət oğlu Ağacanova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı kürsülü evin 4 otağı içindəki əşyalarla birlikdə 120 kv.m sahədə yanıb.

Yanğının başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az