Ramanıda aksiya keçirilib. Ramanıda aksiya keçirilib.

Ramanıda etiraz aksiyası - VİDEO

Ramanıda aksiya keçirilib.


Valideynləri özündən çıxaran səbəb hələ iki gün əvvəl Ramanı qəsəbəsi Şuşa şəhərciyində yerləşən Malibəyli kənd 1 nömrəli tam orta məktəbə gedən övldalarının bu gün oradan xaric olunmasıdır.

ANS TV-nin məlumatına görə, təxminən 30-a yaxın uşaq düz 3 ay bundan əvvəl məktəb direktoru tərəfindən qeydiyyata götürülüb. Amma bu gün uşaqların hansı sinifdə təhsil alacağı ilə bağlı bölüşdürmə zamanı yer çatışmazlığı bəhanə edilərək burda təhsil almaları mümkün olmadığı deyilib. Belə olan halda valideynlər qonşuluqdakı digər Xankəndi tam orta məktəbə üz tutublar. Amma burda da bənzər cavabı alıblar.

Valideynlərsə yer yox idisə niyə 3 ay ərzində onlara məlumat verilmədiyini deyirlər? Üstəlik müəllimələrin üstünlüyü əsasən məcburi köçkünlərin övldalarına verdiklərini bildirdilər. Bir sözlə məktəbdə kimin hansı bölgədən olması ilə bağlı ayrı seçkilik yaranıb.

Yaranmış səs-küylə və ittihamlarla əlaqədar məktəb direktorunun da fikrini almaq istədik. Amma onun sözügedən məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə getdiyi bildirldi. Çox keçmədi ki direktorun müavini Hafiz Quliyev gəldi və valideyinlərə açıqlama verdi.

"Məktəbdə heç bir yerli söhbəti edilmir, hamı Azərbaycan vətəndaşıdır. İstənilən bölgədən olan şəxsin övladı burda təhsil ala bilər. Sadəcə məktəbdə şagird çox olduğundan yerlər məhduddur. Amma artıq məktəb direktoru bunun həlli yolun tapıb"- deyə müavin valideyinlərə açıqlama verdi.

Hər halda məsələ deyildiyi kimi bununla da həllini tapar. Çünki təhsil almaq bu balacaların hər birinin hüquqdur.





AzNews.az