Rusiya ilə Misir arasında 3,5 milyardlıq anlaşma

Misir Rusiyadan 3,5 mlrd. dollarlıq silah və hərbi texnika alacaq.

APA – nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Hərbi-texniki əməkdaşlıq Federal Xidmətinin direktoru Aleksandr Fomin deyib.

İki ölkə arasında ilkin razılıq əldə olunsa da, detallar açıqlanmır.

Qeyd edək ki, son 10 il ərzində Rusiya Misirə ümumi dəyəri 350-400 mln. dollar olan silah və hərbi texnika satıb.

AzNews.az