Masallıda 5 otaqlı ev yanaraq külə döndü

Masallı rayonunda yanğın hadisəsi olub.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, rayonun Qızılavar kəndində, 78 yaşlı Həsənağa Ağacanova məxsus evdə güclü yanğın baş verib.

Hadisə zamanı ev sahiblərinin evdə olmaması alovun sürətlə yayılmasına səbəb olub. Qonşular yanğından xəbər tutub yanğınsöndürənləri köməyə çağıranda isə artıq gec olub. Masallı dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi alovu ram etmək də çətinlik çəkiblər.

Yanğın nəticəsində 5 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Masallı DYMH –dən verilən məlumata görə yanğın elektrik xətlərində olan nasazlıq səbəbindən qısaqapanmadan baş verib.

AzNews.az