Amerika Birləşmiş Ştatlarının quru qoşunları İraqa yerüstü müdaxilə edə bilər. Amerika Birləşmiş Ştatlarının quru qoşunları İraqa yerüstü müdaxilə edə bilər.

ABŞ əhalisi İŞİD-ə nifrət edir- VİDEO

Amerika Birləşmiş Ştatlarının quru qoşunları İraqa yerüstü müdaxilə edə bilər.



ANS TV-nin məlumatına görə, Pentaqon rəhbəri Çak Heygel bu açıqlamanı edib. Onun sözlərinə görə, əməliyyatlar qısamüddətli olmayacaq.

İŞİD terror qruplaşmasının meydana çıxması Amerika höküməti üçün yeni başağrısıdır. Obama administrasiyasını narahat edən odur ki, terrorçu qruplaşmanın üzvləri mühacir qismində Meksika ərazisinə keçib və oradan da ABŞ-ın sərhədlərini keçməyə cəhd göstərəcək.

Bununla terrorçuların Birləşmiş Ştatlar ərazisində terror aktları törətməsi daha da asanlaşa bilər. Bu gün Ağ Evi və amerikalıları da İŞİD qruplaşmasının 11 sentyabr ssenarisini təkrarlaması ehtimalı narahat etməyə bilməz. Rəsmi Vaşinqton terroçu qruplaşmanı məhv etməyi qarşısına məqsəd qoysa da, amma Birləşmiş Ştatlar cəmiyyətində Ağ Evin xarici dövlətlərə müdaxiləsi birmənalı qarşılanmır.

Ötən il ölkədə aparılan rəy sorğuları göstərmişdi ki, amerikalıların 80 faizi ABŞ-ın Suriyaya dair siyasətini dastəkləmir. Elə İŞİD problemi yeni-yeni meydana çıxdığı ərəfədə də əksər amerikalılar bunu öz problemləri hesab etmirdilər. Amma son günlərdə İŞİD terrorçuları tərəfindən iki amerikalı jurnalistin başının kəsilməsi, insanların münasibətini dəyişib və artıq əhali bu terror qruplaşması ilə daha çox maraqlanmağa başlayıb. Məhz bu hadisədən sonra aparılan rəy sorğları göstərdi ki, əhalinin 61 faizi rəsmi Vaşinqtonun İŞİD qruplaşmasına qarşı fəaliyyətini Amerikanın milli marağı hesab edir.

Amma Birləşmiş Ştatlar cəmiyyəti düşünür ki, Ağ Evin başaqa dövlətlətə müdaxiləsi sonda özünün belə terrorçu qruplaşma ilə üz-üzə qalmasına gətirib çıxarır. Əgər əhalinin təxminən 27 faizi ABŞ-in xarici dövlətlərə qarşı siyasətində daha aktiv olmasını dəstəkləyirsə, 40 faiz Vaşinqtonun başqa dövlətə müdaxiləsindən bezdiyini deyir. Amerikalılar İŞİD-in nə qədər təhlükəli olduğunu anlasalar da, onlar əsgərlərinin artıq başqa ölkənin ərazisində vuruşmasından beziblər və bu cür müharibələr istəmədiklərini deyirlər. Amerika əhalisi İŞİD-lə mübarizənin elə hava hücumu ilə məhdudlaşmasını və Amerika əsgərlərinin göndərilməməsinə tərəfdardılar.

ABŞ prezdenti Barak Obama İŞİD-lə bağlı açıqlamasında isə demişdi ki, kimsə məndən yerüstü əməliyyat gözləməsin. Amma zaman bunun əksini göstərdi. İraq rəhbərliyi isə rəsmi Vaşinqton istəməsə belə, Suriya hakimyyəti ilə əməkdaşlıqda maraqlıdır. İraqın milli təhlükəsizlik müşaviri Faleh əl-Fəyad Suriya prezidenti Bəşər Əsədlə Dəməşqdə əməkdaşlığı daha da gücləndirməyə qərar veriblər.



AzNews.az