Azərbaycanda ən qorxunc xəstəliklərin yayıldığı regionların adları açıqlanıb. Azərbaycanda ən qorxunc xəstəliklərin yayıldığı regionların adları açıqlanıb.

Azərbaycanda “Xərçəng”in ən çox yayıldığı rayonlar - SİYAHI

Azərbaycanda ən qorxunc xəstəliklərin yayıldığı regionların adları açıqlanıb.



Dövlət Statistika Komitəsi Aznews.az-ın sorğusuna cavab olaraq bildirib ki, yenitörəmələr daha çox Şirvan, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bakı və Gəncə şəhərlərində yayılıb. Şiş xəstəliklərindən rayonlarda da kifayət əziyyət çəkən var. Belə ki, yünitörəmələr ən çox Xızı, Tovuz, Qəbələ, Ağstafa və Samux rayonlarında daha geniş yayılıb. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xərçəng xəstələrinin sayı 9064, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 34 681 nəfərdir.

Son illər irsi qan xəstəliyi ilə bağlı müaəlicə üçün qeydiyyata düşənlər də az deyil. Belə ki, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan hemofiliyalı xəstələrin say 87, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 948 nəfərdir. Vərəmli xəstələrin 11456 nəfəri müalicə-profilaktika müəssisələrində, 4528 nəfəri isə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınıb.


Gültəkin ƏLƏSGƏR

AzNews.az