“Koroğlu” stansiyasında 62 yaşlı kişinin halı qəfil pisləşib “Koroğlu” stansiyasında 62 yaşlı kişinin halı qəfil pisləşib

Bakı metrosunda ölüm

“Koroğlu” stansiyasında 62 yaşlı kişinin halı qəfil pisləşib



Bu gün səhər saat 08:20 radələrində Bakı Metropolitenində ölüm halı baş verib.

AzNews.az xəbər verir ki, hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, metronun "Koroğlu" stansiyasında qatarda 62 yaşlı kişinin halı qəfil pisləşib.

Dərhal onu platformaya çıxarıblar. Kişinin halı getdikcə pisləşdiyindən hadisə yerinə təcili yardım həkimləri çağırılıb.

Təcili yardım hadisə yerinə çatana qədər kişi dünyasını dəyişib. Hadisə insanların gözü qarşısında baş verib.

İlkin ehtimala görə, kişi ürək çatışmazlığından ölüb.

Hazırda dünyasını dəyişən şəxsin kimliyi araşdırılır.

AzNews.az