Akademik Milli Dram Teatrı Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalında iştirak edib. Akademik Milli Dram Teatrı Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalında iştirak edib.

“Azdrama” Beynəlxalq Teatr Festivalında iştirak edib

Akademik Milli Dram Teatrı Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalında iştirak edib.



Bu barədə AzNews.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda kollektiv M.F.Axundzadənin komediyası əsasında Vaqif İbrahimoğlunun quruluşunda "Lənkəran xanının vəziri" tamaşası ilə çıxış edib.

Tamaşada Nurəddin Mehdixanlı, Cəfər Əhmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, Aslan Şirinov, Hikmət Rəhimov, İlahə Həsənova, Elçin Əhmədov, Rada Nəsibova, Elnar Qarayev, Elnur Qədirov, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Vüsal Mustafayev və Ramin Şıxəliyev oynayıb. Kollektiv Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları ilə təltif edilib. Sentyabrın 18-də Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək. Mətbuat konfransından sonra teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan "Qarabağnamə" tamaşası ilə 142-ci mövsümünü açacaq.


Bahar
AzNews.az