Ana həbsdə olan oğluna tortun içində narkotik apararkən tutulub. Ana həbsdə olan oğluna tortun içində narkotik apararkən tutulub.

Ana tortun içində oğluna heroin aparırmış

Ana həbsdə olan oğluna tortun içində narkotik apararkən tutulub.



AzNews.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirmə cəhdinin qarşısı alınıb.

Azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına qısamüddətli görüşə gəlmiş anası Zöhrə Axundovanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı ananın gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilmiş xalis çəkisi 0,484 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


AzNews.az