Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz qaz kəmərlərinin keçdiyi ərazilərdə Azərbaycanın zəngin taixinin sirlərini özündə saxlayan 30 mindən artıq maddi mədəniyyət nümunəsi aşkar edilib. Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz qaz kəmərlərinin keçdiyi ərazilərdə Azərbaycanın zəngin taixinin sirlərini özündə saxlayan 30 mindən artıq maddi mədəniyyət nümunəsi aşkar edilib.

Neft kəmərinin keçdiyi ərazidə 30 min tarixi abidə tapılıb - Foto

Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz qaz kəmərlərinin keçdiyi ərazilərdə Azərbaycanın zəngin taixinin sirlərini özündə saxlayan 30 mindən artıq maddi mədəniyyət nümunəsi aşkar edilib.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli Trend-ə bildirib ki, sentyabrın 20-də 20 ili tamam olan "Əsrin müqaviləsi" Azərbaycan arxeologiya elminin inkişafına böyük təkan verib. Bu müqavilə ilə reallaşan Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz qaz kəmərlərinin tikintisi dəhlizində 2002-2005-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası o vaxtadək elmə məlum olmayan 41 sahədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb. Gəncə-Qazax bölgəsindəki bu sahələrdə tarixin müxtəlif mərhələlərinə aid qədim yaşayış məskənləri, kurqan, torpaq, daş örtüklü küp, taxta qutu tipli yüzlərlə qəbir abidələri tədqiqatlara cəlb edilib. Tədqiqatlar xalkolit dövrünə (e. ə. IV minillik) aid Leylatəpə mədəniyyəti, tunc dövrünə (e. ə. III-II minilliklər ) aid Kür-Araz, Təzəkənd, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətlərinə məxsus abidələri, eyni zamanda, antik və orta əsrlər dövrləri abidələrini əhatə edib. Nəticədə Azərbaycanın zəngin tarixinin sirlərini özündə saxlayan 30 mindən artıq maddi mədəniyyət nümunəsi aşkar edilib. Bu tapıntılar Azərbaycanın qədim dövr təsərrüfat həyatı, mədəni-iqtisadi əlaqələri, sənətkarlıq sahələri, dəfn adətləri və s. məsələlərin araşdırılması üçün mühüm elmi informasiya bazasını təşkil edir.

N.Müseyibli deyib ki, "Əsrin müqaviləsi" əsasında həyata keçirilən BTC və Cənubi Qafqaz qaz kəməri layihələri çərçivəsində aparılan arxeoloji qazıntılar 90-cı illərdə arxeologiya elmində hökm sürən durğunluğun aradan qaldırılması üçün mühüm addım olub. Bu qazıntılar nəticəsində aşkar edilmiş zəngin maddi mədəniyyət nümunələrinin elmi interpretasiyası Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salıb. Qazıntılar zamanı əldə edilmiş arxeoloji materiallar əsasında dissertasiyalar müdafiə edilib, elmi monoqrafiyalar və çoxsaylı məqalələr nəşr olunub. Minlərlə arxeoloji tapıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün hələ uzun illər bir mənbə kimi öz aktuallığını saxlayacaq.


AzNews.az
image description image description