Bu gün Şotlandiyada tarixi səsvermə keçiriləcək. Bu gün Şotlandiyada tarixi səsvermə keçiriləcək.

Şotlandiya Böyük Britaniyadan ayrılır - Referendum

Bu gün Şotlandiyada tarixi səsvermə keçiriləcək.

Ölkə vətəndaşları ya müstəqilliyi seçəcək, ya da Böyük Britaniya tərkibində qalmağa üstünlük verəcək.

AzNews.az bu barədə bbc.co.uk-ə istinadən xəbər verir.

Seçicilərin 97%-i səsvermədə iştirak üçün qeydiyyatdan keçib. İlk dəfə olaraq 16-17 yaşlı vətəndaşlar da səsverməyə qatılacaq. Şotlandiyada bu gün keçiriləcək referendumun tarixən ən yüksək fəallıqla fərqlənən səsvermə olacağı gözlənilir.
Referendumun rəsmi nəticələri isə cümə günü açılanacaq. Tarixi səsverməyə bir neçə saat qalmış bir sıra rəy sorğularından sonra ekspertlər bildirib ki, referendumun necə nəticələnəcəyini təxmin etmək çox çətindi.



Xəyalə Mahmudova