Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan bəzilərinin adları məlum olub. Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan bəzilərinin adları məlum olub.

Avtobus yük maşını ilə toqquşdu - 5 yaralı (Yenilənib)

Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan bəzilərinin adları məlum olub.


Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib.

O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.


***
11:33

Bakı dairəvi yolunda növbəti ağır qəza baş verib.

AzNews.az Musavat-a istinadən xəbər verir ki, "Sədərək" yarmarkası istiqamətində irəliləyən sərnişin avtobusu əks tərəfdən gələn yük maşını ilə toqquşub. Ölən və yaralananlar var.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub və onlar yaralıları xəstəxanaya daşıyıblar. Yol bağlanıb.

Qəzanın hansı sürücünün günahı üzündən törənməsi yol polisləri tərəfindən araşdırılır


AzNews.az
image description image description image description