BƏZİ TAMAŞALAR TEATRIN REPERTUARINDAN ÇIXARILACAQ BƏZİ TAMAŞALAR TEATRIN REPERTUARINDAN ÇIXARILACAQ

Xanım Qafarovayla ölən tamaşalar – Teatr çətin durumda (Video)

BƏZİ TAMAŞALAR TEATRIN REPERTUARINDAN ÇIXARILACAQ

Musiqili Teatr özünün yeni mövsümə start verdi.
Amma xəstə yatağında olarkən belə teatrla nəfəs alan teatrın aktrisası, mərhum Xanım Qafarova bu günü görə bilmədi. Maraqlıdır, bu teatr mövsümündə teatrın repertuarındakı tamaşalarda X.Qafarovanın yaratdığı obrazları kimlər vanlandıracaq?

Musiqili Komediya Teatrının direktor müavini, əməkdar mədəniyyət işçisi Elxan Ocaqov AzNews.az-a açıqlamasında bildirdi ki, mərhum aktrisa Xanım Qafarova əvəzsiz olduğundan teatr bu məsələdə çətinlik çəkir: "Allah ona rəhmət eləsin. İnanın çox çətindi. Xanım əvəzsiz bir aktirisa idi. Biz də nə qədər çətin olsa da, bu mövsümü onsuz açdıq. Düzdür, teatrın repertuarında Xanım Qafarovanın oynadığı elə tamaşalar var ki, onu hansısa bir aktirisaya vermişik. O, bu işin öhdəsindən necə gələcək, onu tamaşaçı deyəcək".

E.Ocaqov dedi ki, Xanım Qafarovanın elə obrazları var ki, teatr onu kimsəyə etibar edə bilmir: "Çünki onu ancaq Xanım oynayıb. Odur ki, həmin tamaşaların aqibəti barədə fikir söyləyə bilmirəm. Bəlkə də həmin tamaşalar repertuardan çıxarılacaq".



Bahar Rüstəmli
AzNews.az