“İsmayıllı işi”nin iştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün polis əməkdaşı Fərəc Əzizovun işdən qovulub. “İsmayıllı işi”nin iştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün polis əməkdaşı Fərəc Əzizovun işdən qovulub.

DİN-dən işdən qovulan polislə bağlı - Açıqlama

“İsmayıllı işi”nin iştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün polis əməkdaşı Fərəc Əzizovun işdən qovulub.



Daxili İşlər Nazirliyi polis əməkdaşı Fərəc Əzizovun bu səbəbdən işdən azad olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. AzNews.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı həmin polis əməkdaşının işdən çıxarılmasını təsdiqləyib: "Bu gün bəzi Kütləvi İnformasiya vasitələrində Şəki Apellasiya Məhkəməsində keçirilən proses barədə xəbər dərc olunub. Prosesdə şahid qismində iştirak edən sabiq polis nəfəri Fərəc Əzizovun guya uydurma bəhanə ilə işdən qovulduğu xəbərdə iddia edilir. Tamamilə əsassız və qərəzli olan bu iddia ilə bağlı deməliyəm ki, ümumiyyətlə, indiki zamanda dövlət qurumlarından, o cümlədən daxili işlər orqanlarından heç bir əməkdaş "uydurma bəhanə" ilə işindən kənarlaşdırılmır. Orqandan xaric olunmanın konkret səbəbləri olur və buna uyğun olaraq qanuna müvafiq də qərar qəbul olunur. Məlumatda adı keçən İsmayıllı Rayon Polis Şöbəsinin sabiq əməkdaşı Fərəc Əzizovun da DİO-dan xaric edilməsinin əsaslı və konkret səbəbləri olub. Belə ki, o, rayondakı ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin satılmasında vasitəçilik etdiyinə, xidməti vəzifəsinə laqeyd və məsuliyyətsiz yanaşdığına, bununla da polis əməkdaşı adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə daxili işlər orqanlarından xaric edilib. Belə bir sıravi polis nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "DİO-da Xidmətkeçmə haqqında" Əsasnməyə uyğun işdən kənarlaşdırılmasını əsassız və qərəzli olaraq siyasiləşdirmək, ona siyasi çalar vermək, ən azından məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır".

Qeyd edək ki, polis əməkdaşının "İsmayıllı işi"nin iştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün işdən azad olunması ilə bağlı məlumatı Turan informasiya agentliyi yayıb. Məlumatda bildirilir ki, sentyabrın 17-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı iğtişaşları işi üzrə prosesdə İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib. Fərəc Əzizov təqsirləndirilənlərdən hər-hansı birinin qanunsuz əməl törətdiyini təsdiq etməyib.


AzNews.az