“Qarant İnvest”in lisenziya ləğv olunmayıb, sadəcə dayandırılıb və şirkət istədiyi vaxt onu bərpa edə bilər”. “Qarant İnvest”in lisenziya ləğv olunmayıb, sadəcə dayandırılıb və şirkət istədiyi vaxt onu bərpa edə bilər”.

Lisenziyamız ləğv edilməyib – Anar Məmmədovun şirkətindən AÇIQLAMA

“Qarant İnvest”in lisenziya ləğv olunmayıb, sadəcə dayandırılıb və şirkət istədiyi vaxt onu bərpa edə bilər”.



Bunu Modern.az-a "Qarant İnvest" MMC-nin daxil olduğu "Qarant Holdinq" şirkətlər qrupundan bildiriblər. "Qarant İnvest"ə verilən lisenziya geri alınmayıb və hazırda da qüvvədədir. Lakin "Qarant İnvest" MMC-nin tərkibinə daxil olduğu "Garant Holding" Şirkətlər Qrupunun rəhbərliyi Azərbaycan bazarında broker fəaliyyətini məqsədəuyğun hesab etmədiyi üçün bu sahədə işləri dayandırmaq qərarına gəlib.

Artıq 2 ildir ki, şirkət fəaliyyətini dayandırıb, amma lisenziya müddəti qalmışdı. Məsələ ilə əlaqədar olaraq, holdinqin broker fəaliyyəti sahəsində işlərini həyata keçirən "Qarant İnvest" MMC şirkətinin fəaliyyəti müvəqqəti dondurulub və bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumatlandırılıb. Komitə isə öz tərəfindən lisenziyanı dayandırıb. Yəni "Qarant İnvest" MMC istənilən vaxt öz fəaliyyətini bərpa edə bilər. Lakin hələlik nə vaxt bərpa olunacağı bilinmir", – deyə şirkətdən əlavə ediblər.

Qeyd edək ki, dünən əvvəllər "ZQAN Holdinq", sonralar isə "Qarant Holdinq" adlandırılan şirkətə daxil "Qarant İnvest"lə bağlı məlumat yayılıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən bildirilib ki, "Qarant İnvest" MMC-nin broker fəaliyyətinin göstərilməsi üzrə xüsusi icazə-lisenziya sentyabrın 16-dan ləğv edilib. Xatırladaq ki, "Qarant Holdinq"in sahibi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.


AzNews.az