Avropa Şurasını Nazirlər Komitəsi Ukraynanın ərazisində Rusiya qoşunlarının mövcudluğunu rəsmən tanıyıb. Avropa Şurasını Nazirlər Komitəsi Ukraynanın ərazisində Rusiya qoşunlarının mövcudluğunu rəsmən tanıyıb.

Rusiya qoşunu Ukraynada

Avropa Şurasını Nazirlər Komitəsi Ukraynanın ərazisində Rusiya qoşunlarının mövcudluğunu rəsmən tanıyıb.



ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, AŞ Nazirlər Komitəsi Ukraynanın ərazisində Rusiya qoşunlarının mövcudluğunu ilə bağlı qərarı bu gün qəbul edib.

Şuranın qərarında bildirilir ki, Rusiya bütün qoşun bölmələrini Ukrayna ərazisindən, o cümlədən qanunsuz işğal edilmiş Krım Muxtar respublikasından çıxarılmalı və bundan sonra Ukraynaya hər hansı hərbi müdaxilədən yan keçməlidir.

Ukrayna xarici siyasət idarəsi isə AŞ Nazirlər Komitəsinin bu qərarını alqışlayıb.

AzNews.az