BMT Təhlükəsizlik Şurası tarixdə ilk dəfə insan sağlamlığına təhlükəyə həsr olunan iclas keçirib. BMT Təhlükəsizlik Şurası tarixdə ilk dəfə insan sağlamlığına təhlükəyə həsr olunan iclas keçirib.

BMT-də “Ebola” toplantısı – Dünyaya çağırış edildi

BMT Təhlükəsizlik Şurası tarixdə ilk dəfə insan sağlamlığına təhlükəyə həsr olunan iclas keçirib.


Təşkilat "Ebola" virusunu planetin sülh və təhlükəsinliyinə hədə elan edib. AzNews.az xəbər verir ki, bu barədə qəbul edilən qətnamənin lehinə Şuranın 15 üzvü səs verib.

Sənəddə bütün dövlətlərə Qərbi Afrikada epidemiya ilə mübarizəyə köməklik göstərmək çağırışı yer alıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, "Ebola"dan artıq 2600-dən çox insan vəfat edib.

Məlum olduğu kimi, virus yay fəslinin ortalarında Mərkəzi Afrikada yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı etiraf edib ki, Ebola qızdırmasının yayılması özündə beynəlxalq təhlükə ehtiva edir. Virus yayılmaqda davam edir. Hazırda epidemiyanın peyvəndi mövcud deyil.

Aydan Axundova
AzNews.az