Davudoğlu xanımı ilə Bakını seyr edib - FOTO

Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu xanımı ilə birgə Bakını seyr edib.

Məlumata görə, Azərbaycanda rəsmi səfərdə olan baş nazir, xanımı Sare Davudoğluna paytaxtımızın mənzərələri yerlərini göstərib. Birlikdə Bakını seyr edən baş nazir və xanımı Xəzər dənizi fonunda foto çəkdiriblər.

Qeyd edək ki, Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Azərbaycanda rəsmi səfərdədir. Əhməd Davudoğlu səfəri çərçivəsində Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib. Baş nazir şəhidlərimizin məzarların, sonra Türk Şəhidliyini ziyarət edib.

Əhməd Davudoğlu daha sonra Fəxri Xiyabanda oub. O, Ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət edib. Türkiyəli rəsmi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.

AzNews.az
image description image description image description