Jurnalist Aynur İmranova Çexiyanın Azərbaycandakı səfirliyində kobudluqla üzləşib. Bundan ciddi narahatlıq keçirən xanım jurnalist səfir Vitezslav Pivonkaya açıq məktub yazıb. AzNews.az həmin məktubu təqdim edir: Jurnalist Aynur İmranova Çexiyanın Azərbaycandakı səfirliyində kobudluqla üzləşib. Bundan ciddi narahatlıq keçirən xanım jurnalist səfir Vitezslav Pivonkaya açıq məktub yazıb. AzNews.az həmin məktubu təqdim edir:

Səfirlikdə jurnalistə qarşı kobudluq oldu

Jurnalist Aynur İmranova Çexiyanın Azərbaycandakı səfirliyində kobudluqla üzləşib. Bundan ciddi narahatlıq keçirən xanım jurnalist səfir Vitezslav Pivonkaya açıq məktub yazıb. AzNews.az həmin məktubu təqdim edir:



Cənab səfir!

Mən araşdırmaçı jurnalist və təlimçiyəm. Cəmi bir dəfə Çexiyada olmuşam. 1 günlük səfərimdə Praqanın bir çox görməli yerlərini gəzmişəm. Azərbaycana döndükdən sonra həmin səfər barədə müxtəlif saytlara 5 yazı yazmışam. Çünki həmin bir gün ərzində Praqaya valeh olmuşam. Tarixi yerləri, istiqanlı insanları, təbiəti... Hesab edirəm ki, dəfələrlə Praqa və Çexiyanın insanları barədə yazı yazmaq olar, hamısı da bir birini təkrar etmədən.

Praqadan döndükdən sonra təəsüratlarımı təbii ki, ailəmdə oğlumla da bölüşdüm. O zaman oğlum məndən xahiş elədi ki, onun 15 yaşı tamam olanda hədiyyə olaraq onu Praqaya apararam. Mən də söz verdim. Və illər keçsə də təbii ki, unutmadım. Tam 1 həftə öncə səfirliyinizə Praqaya getmək üçün oğlumla özümə viza almaq üçün müraciət etdim.

Cənab səfir!

Konsulluqda gördüyüm münasibət çox ağrıdıcı idi. Müraciətimi qəbul eən xanım narazı və alçaldıcı münasibətilə məndə Çexiya haqqında olan bütün təəsüratlarımı yerlə yeksən etdi. Rus dilində səlis danışa bilmədiyi üçün bəzi sözləri başa düşmədiyimdə isə səsini yüksəltməkdən belə çəkinmədi. Mən irad bildirəndə isə kobudluq göstərdi. Çıxarkən mən "heç səfərimin məqsədini soruşmadız" dedim. Aydın olur ki, xanımı nəzakətə dəvət etməyim onun xoşuna gəlməyib. Çünki bu gün biz viza müraciətimiəz mənfi cavab aldıq. Halbuki bütün sənədlərimiz qaydasında idi. Səbəb isə mənim sonda verdiyim sualın cavab kimi göstərilmişdi, səfərimizin məqsədi yetərli hesab olunmamışdı. Hansı ki, o barədə mənə heç sual verilməmişdi.

Mən başa düşürəm insanlar yorğun ola bilər, amma nə olursa olsun, səfirliyiə müraciət edən vətəndaşlarımız bu cür kobudluğu haqq eləmirlər. Çexiya səfirliyində çalışanlar təmsil elədikləri ölkənin üzünə çevrilməlidirlər. Mənim gördüyüm üz isə ölkə haqqında heç də yaxşı təəsürat yaratmırdı.

Cənab Vitezslav Pivonka!

Məlumat üçün qeyd edim ki, mənim həyat yoldaşım Azərbaycanın Milli Ordu sıralarında hərbi xidmət zamanı həlak olub. Mən oğlumu anadan olan gündən tək böyütmüşəm. Həm ata, həm ana olmuşam. Bəlkə bu gün ilk dəfə idi ki, sizin həmin o xanımın kobud münasibəti və fərdi yanaşması üzündən mənim oğlum düşünəcək ki, mən onun üçün yetərli ana deyiləm. Atası olsaydı o 22 sentyabrda 15 yaşını Praqada keçirə bilərdi. Bu psixoloji zərbəni isə heç nə aradan qaldıra bilməz. Çox üzgünəm. Çexiya haqqında həmişə gözəl fikirlər yazmaq istərdim. Heyif...

Son olaraq çox istərdim ki, bizə göstərdiyi münasibəti başqalarına da göstərməsin, Çexiya haqqında mənfi təəsüratlara səbəb olmasın deyə əməkdaşlarınız barədə ciddi tədbirlər görəsiniz.

Fəaliyyətinizdə uğurlar arzu edirəm!

Hörmətlə,
Aynur İmranova