Hicab qalmaqalı-Sumqayıtda-VİDEO

Yeni tədris ilinin ilk günündə Simqayıt Dövlət Universitetinə dərsə gələn bir neçə hicablı tələbə Universitetə buraxılmayıb. Buna səbəb onların geyimləri olub.

ANS-ə açıqlamasında Universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov hadisə ilə bağlı bunları dedi:

"Şəxsiyyət vəsiqəsində şəkil necədirsə onlar elə də Universitetə gəlməlidirlər. Onlar Tələbə Qəbulu Komissiyasına təqdim etdikləri şəkillərdə hicablı deyillər. Mən demişəmki dərsə o şəkildəki kimi gəlin".

Bu məsələyə Sumqayıt sakinlərinin fikri isə birmənalı olmadı.

Bəzi sakinlər Universitetə hicabla getməyin qadağan olduğunu desələr də digərləri düşünür ki, əgər o tələbələr intizamlıdırlarsa onda geyimin nə önəmi var.



AzNews.az