Prezident İlham Əliyevin sərəncamı ilə Efiopiyaya səfir təyin olunan Elman Abdullayevin gedəcəyi ölkədə belə yaşayırlar. Prezident İlham Əliyevin sərəncamı ilə Efiopiyaya səfir təyin olunan Elman Abdullayevin gedəcəyi ölkədə belə yaşayırlar.

Elman Abdullayevin səfir getdiyi ölkədə belə yaşayırlar – Foto

Prezident İlham Əliyevin sərəncamı ilə Efiopiyaya səfir təyin olunan Elman Abdullayevin gedəcəyi ölkədə belə yaşayırlar.



Axar.az oxucularına Efiopiya Federativ Demokratik Respublikası haqda qısa arayış təqdim edir:

Paytaxtı Əddis-Əbəbə olan bu ölkəyə qədim İslam mənbələrində Həbəşistan, Qərbdə isə Abissiniya deyilib. Afrikanın ən qədim dövlətlərindən və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub. Efiopiyada 82 dildə danışan müxtəlif xalqlar və tayfalar yaşayır.

Ölkədə oromolar, amharlar, tiqraylar, gedeolar, velaitalar və başqa etnik kökənli tayfalar mövcuddur. Bu ölkədə neçə azərbaycanlı olması barədə məlumat yoxdur.

Bu ölkə ilə bağlı qarşımıza çıxan ən maraqlı məlumat Efiopiyanın Surma tayfasındakı adətdir. Toydan bir az əvvəl qızın alt dişlərini çıxardır, dodağı deşirlər və ağzına gil diski qoyurlar. Vaxtaşırı diski böyük diametrlə əvəz edirlər. Toyun buna nə aidiyyəti var? Məhz disk gəlinin ailəsinin sərvətinin səviyyəsini simvollaşdırır.

Onu da deyək ki, bu qədim və ucqar Afrika ölkəsində ermənilər də yaşayır. Ermənilərin Efiopiyaya nə zaman gəlmələri dəqiq məlum deyil. Efiopiyaya gəlmiş ilk ermənilərdən biri Sarkis Tərziyandır.

O, Osmanlı imperiyasının topçusu kimi 4 il davam etmiş səfərin ardından 1887-ci ildə Efiopiyaya üz tutub. Tərziyan İstanbula qayıtmayıb və Əddis-Əbəbə şəhərində silah ticarəti ilə məşğul olub. Qanunsuz silah satışı və çatdırılması nəticəsində Sarkis Tərziyan böyük gəlir əldə edib. Hazırda Efiopiyada 50 nəfərə yaxın erməni yaşayır.

Qeyd edək ki, E. Abdullayev Xarici İşlər Nazirliyində mətbuat xidmətinə rəhbərlik edirdi.