Həbs cəzasından qaçmaq üçün öz dəfnini səhnələşdirməyə çalışdı

Fransa polisi həbs cəzasından qaçmaq üçün öz dəfnini səhnələşdirməyə çalışmış dələduzu ifşa edib.

ANS PRESS-in məlumatına görə, Normandi şəhərindən olan 26 yaşlı oğlan yerli qəzetlərdən birində yer və matəm mərasimin keçirilməsi vaxtının elanını yerləşdirib.

Polisə bu elan şübhəli görünüb və göstərilən vaxtda qəbiristanlığa gəlib. Polislər qəbirstanlıqda olanları görəndə şübhələrində yanılmadıqlarına əmin olublar.

Qəbirstanlıqda oğlanın nənəsindən başqa nə tabut, nə də dəfn mərasimi.

Xuliqanlıq edən gəncin adı açıqlanmır.

AzNews.az