Minskdə əlaqə qrupunun iştirakçıları Ukraynada atəşkəs elan olunması, Minskdə əlaqə qrupunun iştirakçıları Ukraynada atəşkəs elan olunması,

Ukraynada sabitlik memorandumu imzalandı – Şərtlər (Foto)

Minskdə əlaqə qrupunun iştirakçıları Ukraynada atəşkəs elan olunması,

mövcud təmas xəttində sabitlik, 30 kilometrlik təhlükəsizlik zonasının müəyyənləşdirilməsinə dair razılığa gəliblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı danışıqlar başa çatdıqdan sonra Ukraynanın keçmiş prezidenti Leonid Kuçma məlumat verib.

Memorandumun imzalanmasında ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavini, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, həmçinin, qondarma "Donetsk Xalq Respublikası"nın baş naziri Andrey Purqin və qondarma "Luqansk Xalq Respublikası"nın lideri İqor Plotnitski iştirak ediblər.

Cümə günü imzalanan memorandum 9 bənddən ibarətdir:

1. Hər iki tərəfdən atəşkəsin tətbiq edilməsi.

2. Bölmələrinin və hərbi birləşmələrin 19 sentyabrdakı vəziyyətlərinə görə təmas xəttində dayandırılması.

3. Hücumun həyata keçirilməsinin və hər cür silahların tətbiqinin dayandırılması.

4. Hazırlanan memorandumun qəbul edilməsindən sonrakı bir sutka ərzində hər iki tərəfin təmas xəttindən 15 kilometr məsafəyə qədər 100 millimetr kolibrli vasitələrin uzaqlaşdırılması. Bu, 30 kilometr eni olan təhlükəsizlik zonasının yaradılmasına imkan verəcək.

5. Ağır silahların və ağır texnikanın yaşayış məntəqələri ərazisində yerləşdirilməsainin qadağan edilməsi.

6. Təhlükəsizlik zonası sərhədində partlayıcı qurğuların yerləşdirilməsinin qadağan olunması. Təhlükəsizlik zonasında əvvəl yerləşdirilən partlayıcı qurğuların təmizlənməsi məcburiyyəti.

7. Təhlükəsizlik zonası üzərində ATƏT-in uçan qurğuları istisna olmaqla, xarici təyyarələrin və uçan qurğuların uçuşunun qadağan edilməsi.

8. Hazırlanan memorandumun qəbul edilməsindən keçən bir sutka ərzində təhlükəsizlik zonasında ATƏT müşahidə missiyasının monitorinq qrupunun yerləşdirilməsi. Yuxarıda qeyd edilən zonanın qrupun fəaliyyət göstərməsi üçün uyğun sektorlara bölünməsi.

9. Münaqişə zonasından bütün xarici muzdluların çıxarılması.

Tərəflər həmçinin, hərbi əsirlərin dəyişdirilməsinin davam etdirilməsini qərara alıblar. Bununla yanaşı, separatçılar tərəfindən tutulan ərazilərin status məsələsi Minskdə müzakirə olunmayıb.





Aydan Axundova
AzNews.az