Müdafiə naziri Litva Respublikasının ölkəmizdəki səfirini qəbul edib. Müdafiə naziri Litva Respublikasının ölkəmizdəki səfirini qəbul edib.

Zakir Həsənov Litva səfirini qəbul etdi

Müdafiə naziri Litva Respublikasının ölkəmizdəki səfirini qəbul edib.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskası qəbul edib.

Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.