AĞAXAN SALMANLI UNİVERSİTETƏ “YOX” DEDİ AĞAXAN SALMANLI UNİVERSİTETƏ “YOX” DEDİ

“Tale mənə sürpriz hazırlayır” – Xalq artisti

AĞAXAN SALMANLI UNİVERSİTETƏ “YOX” DEDİ


Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı Mədəniyyət və İncəsənət Universitetində dərs demək təklifindən imtina edib.

Bu barədə AzNews.az-a xalq artistinin özü məlumat verib. O, bunun səbəbini belə izah edib: "Musiqili Teatr Fakültəsinə dəvət aldım. Amma qəbul etmədim. Səbəblər çoxdur, ümumi birləşdirəndə - stimul görmədim".

Aktyor gələn həftədən "III Riçard"ın məşqlərinin başlandığını dedi: "Orada "Bekingem" rolu mənə verilib. Cənnət Səlimova hazırlayır. Fərli-başlı çəkiliş təklifim yox. Bir az darıxıram. lakin dözürəm. Həmişə belə sakitlik olanda düşünürəm, yəqin, tale mənə sürpriz hazırlayır, çox vaxt belə də olur".

Bahar RÜSTƏMLİ
AzNews.az