Almaniyanın “BMW” və Çinin “Baidu” şirkətləri pilotsuz avtomobilin prototipini yaratmaq üzərində düşünürlər. Almaniyanın “BMW” və Çinin “Baidu” şirkətləri pilotsuz avtomobilin prototipini yaratmaq üzərində düşünürlər.

“BMW” pilotsuz avtomobil yaradır

Almaniyanın “BMW” və Çinin “Baidu” şirkətləri pilotsuz avtomobilin prototipini yaratmaq üzərində düşünürlər.




AzNews.az AzərTac-a istinadən xəbər verir ki, layihə nəqliyyat vasitələrinin avtomatik idarəetmə texnologiyalarının hazırlanmasını nəzərdə tutur. Çin axtarış sistemi pilotsuz avtomobillərin daxili kompyuterlərinə yüklənəcək yüksək ölçülü xəritələrin hazırlanması ilə məşğul olacaq. Avtomobillər üçün müəyyən yol situasiyalarında müstəqil qərar qəbul etmək bacarığına malik olan elektron sistemlər yaradılacaq.

"BMW" şirkətinin məlumatına əsasən, 2016-cı ilədək şirkət avtomobillərin pilotsuz idarəetmə sistemlərini yaratmağı planlaşdırır. Daha dörd ildən sonra yolun müəyyən hissələrində müstəqil idarə ediləcək yüksək texnoloji prototip yaradılacaq.

2025-ci ilədək isə şirkət tam robotlaşdırılmış avtomobil yaratmaq niyyətindədir.

AzNews.az